Türkiyə Milli Müdafiə Nazirliyi xüsusi təyinatlıların təlimindən FOTOLAR yaydı
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin açılış mərasimindən görüntülər yayıb.
Redaktor.az xəbər verir ki, görüntülər Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında paylaşılıb.
Qeyd edək ki, ötən gün Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.