Xüsusi təyinatlılar müxtəlif silahlardan atəş açıb - “Üç qardaş - 2021”

 19:10 13.09.2021     714

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Redaktor.az xəbər verir ki, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.