Şuşada yaralanan hərbçimiz şəhid oldu

 14:32 17.09.2021     3631

Müddətdən artıq xidmət edən hərbi qulluqçu Ülvi İbrahimov dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, ötən gün xəstəxanada vəfat edən Ü. İbrahimov Saatlının Qara Nuru kəndində torpağa tapşırılıb.

Məlumatı Saatlı Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, Ülvi İbrahimovun bir müddət əvvəl Şuşada hərbi avtomobilin aşması nəticəsində yaralandığı və iki aydır komada olduğu bildirilir.