Azərbaycan və Türkiyə qırıcıları İstanbul səmasında - FOTO

 11:27 21.09.2021     1355

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları keçiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, festivalın davam etdiyi müddətdə “solotürk” və “Türk Yıldızları”nın nümunəvi uçuşları davam edəcək.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula gedib. Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsi festival müddətində İstanbul üzərində nümunəvi uçuşlar keçirəcək. Tədbir sentyabrın 26-dək davam edəcək.