Qarabağdakı sülhməramlıların yeni komandanı TƏQDİM EDİLDİ

 11:32 25.09.2021     817

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.
Redaktor.az
"Sputnik Armeniya"ya istinadla xəbər verir ki, görüş zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Xatırladaq ki, Rüstəm Muradov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandiri təyin edilib. O, bu yaxınlarda missiyasını başa vurub, bundan sonra qısa müddətdə general-mayor Mixail Kosobokovla əvəz olunub. İndi bu vəzifə Gennadi Anaşkinə keçir.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

T.İSMAYIL