Çağırışçılar hərbi hissələrə göndərildi

 15:02 25.09.2021     636

Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan Nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib.
Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.
Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.
Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.