Ermənistan müharibədəki itkiləri ilə bağlı yeni rəqəmlər AÇIQLADI

 12:45 27.09.2021     1285

Ermənistan İkinci Qarabağ müharibəsində 3781 canlı qüvvə itki verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilir ki, 2021-ci il sentyabrın 27-nə olan məlumata görə, 231 hərbçi itkin düşmüş hesab olunur. Bununla yanaşı qeyd olunur ki,  Azərbaycan Ermənistana 108 hərbi əsiri geri qaytarıb.

Qeyd edək ki, bu rəqəmlər Ermənistanın 44 günlük müharibədə üzləşdiyi itkiləri dəqiq olaraq əks etdirmir. Ekspertlərin fikrincə, bu ölkənin itkiləri təqdim edilən rəqəmlərdən qat-qat artıqdır. Belə ki, Ermənistan əhalinin məğlubiyyətlə bağlı narazılığını qabartmamaq üçün itkilərini hələ də gizlədir.