Türkiyə müdafiə nazirinin müavini Bakıya gəldi - FOTO

Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərə Azərbaycanda səfərdədir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində məlumat verilib.
Paylaşımda bildirilir ki, Milli müdafiə nazirinin müavini Bakıya səfəri çərçivəsində Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini ziyarət edib.