Zakir Həsənov Türkiyə milli müdafiə nazirinin müavinini təltif etdi - FOTO

 11:31 27.09.2021     314

Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dere Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

M.Dere bu medala Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlıq etdiyinə görə layiq görülüb.