Türkiyə Milli Müdafiə Nazirliyindən Anım Günü paylaşımı

 19:21 27.09.2021     1150

Türkiyə Milli Müdafiə Nazirliyi 27 sentyabr Anım Günü ilə əlaqədar paylaşım edib.

Redaktor.az xəbər verir ki, nazirliyin feysbuk hesabında deyilir:

“Azərbaycanlı qardaşlarımızın Ermənistanın hücumlarına “Dur!” demək və işğal altındakı torpaqlarını azad etmək üçün ötən ilin bu günü başlatdıqları “Tək Vətən Hərəkatı”nın ildönümü mübarək olsun. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə sağlam və xoşbəxt bir həyat arzulayırıq”.