Azərbaycan yeni müdafiə sistemi alır? - İsrail nəşri

“Cənubi Qafqaz regionunda artan gərginlik fonunda Azərbaycan İsrail istehsalı olan “Arrow 3” müdafiə sisteminin əldə edilməsi imkanını nəzərdən keçirir”.
Redaktor.az xəbər verir ki, bu haqda “Israel Hayom” nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, Azərbaycanlıların sistemi almaq niyyətində olması regional müdafiə perspektivlərində ciddi dəyişiklik yarada bilər.
O da qeyd olunub ki, “Arrow 3” sisteminin istismarı kifayət qədər bahadır, hər bir raketin dəyəri 2,2 milyon dollardır.