Laçında komanda-qərargah təlimi başladı

 10:11 19.10.2021     866

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur.

Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Vumart və Güvən reklamı Vumart Güvən