Bakıdan İrəvana aparılan erməni hərbçilərin kimliyi məlum oldu - VİDEO

 22:11 19.10.2021     817

Azərbaycanda saxlanılaraq həbs edilən 5 erməni həbçisi Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə İrəvana çatdırılıb.

Redaktor.az bu barədə "Sputnik Armeniya"ya istinad edir.

Sayt bildirir ki, beş erməni hərbçi - Mels Hambardanyan, Rafik Karapetyan, Jora Manukyan, Hovsep Manukyan və Sedrak Sogomonyan, Rusiya sülhməramlı kontingentinin keçmiş və indiki komandirləri - general-leytenant Rustam Muradovan və general-leytenant Gennadi Anaşkinlə birgə Erebuni hava limanına eniblər.
Hava limanında onları Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin digər keçmiş komandanı Mixail Kosobokov, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun komandanı general-mayor Tiqran Parvanyan qarşılayıb.

Erməni hərbçilər hava limanını tərk edərək tibbi müayinə üçün xəstəxanaya aparılıb.

Qeyd olunub ki, Bakıda keçirilən Ermənistan vətəndaşlarının geri qaytarılması prosesi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş tutdub.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən