Sülhməramlılar Qarabağda 19 partlayıcı AŞKARLADI

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilimiş Rusiya sülhməramlı kontingentinin bu günə olan fəaliyyəti haqqında məlumat bülletenində bildirilib.
Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Rusiya sülhməramlıları Ağdərə, Xocavənd və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirib.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə qrupları obyektləri və əraziləri minalardan təmizləməyə davam edir: "Gün ərzində 19 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
23 noyabr 2020-ci il tarixindən indiyədək 2311 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26078 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".
Sonda bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
T.İSMAYIL