Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Cümhuriyyət bayramı qeyd edildi - FOTO

 23:21 29.10.2021     377

Türkiyənin Cümhuriyyət Günü Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə qeyd edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitter hesabında məlumat yayıb.

“Qarabağdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzində 29 oktyabr Türkiyənin Cümhuriyyəti Günü münasibətilə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə bayram mərasimi keçirilib”, - deyə nazirliyin məlumatında bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən