Hulusi Akar generallarla birgə Bakıya gəldi - FOTO

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar, baş qərargah rəisi Yaşar Güler və ordu komandirləri Azərbaycana səfər edib.
Redaktor.az xəbər verir ki, Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti qarşılayıb.
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
T.İSMAYIL





