PUA-lar Qarabağda 900-ə yaxın hədəfi vurub

“Türkiyə PUA-ları Azərbaycan ordusunun 30 ilə yaxın davam edən erməni işğalına son qoymasında açar rolunu oynayıb və döyüş meydanında ən təsirli silahlardan biri olub”.
Redaktor.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalının yaydığı reportajda qeyd olunub.
“Azərbaycanın Türkiyədən aldığı silahlı pilotsuz uçuş aparatları (SİHA) Qarabağda zəfərin qazanılmasında əhəmiyyətli amillərdən biri olub və dünyanın diqqətini özünə çəkib. SİHA-lar 44 gün davam edən münqişədə bütün cəbhələrdə istifadə olundu. Türkiyəyə məxsus bu aparatlar ən ağır müharibə şərtlərində 3 min saat fasiləsiz uçuş həyata keçirib və 900-ə yaxın hədəfi nöqtə atışı ilə vurub”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, SİHA-lar ən kritik anlarda Azərbaycan ordusunun irəli getməsini təmin edib. Müharibə zamanı SİHA-lar tərəfindən zərərsizləşdirilən erməni nəqliyyat vasitələrinin ümumi dəyəri isə 1 milyard dollara çatıb.