Hərbi pilotlarımız Türkiyədə təlimdədir - FOTO

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Azərbaycan hərbçilərinə təlim keçir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi Hava Qüvvələri Komandanlığımız tərəfindən yaxın Havadan Dəstək Əməkdaşlığı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə “Qabaqcıl Hava İdarəçisi” təlimi keçirilir”, - məlumatda qeyd olunur.