Şəmkirdə eşidilən partlayış səsinin səbəbi AÇIQLANDI

 12:29 15.11.2021     777

Bu gün səhər saatlarında Şəmkir rayonunda partlayış səsləri eşidilib. Rayon sakinləri məlumatsız olduqları üçün narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hazırda Seyfəli poliqonunda Azərbaycan silahlı qüvvələri tərəfindən təlim keçirilir.

Eyni zamanda, poliqonda işğaldan azad edilən ərzilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar təhlükəsiz şəkildə partladılaraq məhv edilir.

Partlayış səsləri də utilizasiya prosesi ilə bağlıdır.