Ermənistan hərbi bazasının yaxınlığında partlayış oldu

 16:12 16.11.2021     587

Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki xüsusi ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib.

Redaktor.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu yerli həkimlər bildiriblər.

Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.