SON DƏQİQƏ: Ordumuz 12 erməni hərbçini əsir götürdü

 18:25 16.11.2021     903

Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı münaqişə nəticəsində 7-si müqaviləli, 5-i isə çağırışçı olmaqla 12 erməni əsgəri əsir götürülüb.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölənlərlə bağlı məlumatlar hələ də dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün Ermənistan hərbi birləşmələri təxribat törədərək Azərbaycanın Laçın və Kəlbəcər rayonlarına genişmiqyaslı hücuma keçməyə cəhd ediblər. Lakin ordumuz düşməni geri oturdub.