Ermənistan Müdafiə Nazirliyi itki və əsirlərlə bağlı məlumat yaydı

 22:28 16.11.2021     1387

Ermənistan Müdafiə Nazirliyi bu gün Ermənistan sərhədinin şərq hissəsində döyüş əməliyyatları nəticəsində həlak olan bir erməni əsgərinin adını açıqlayıb.

Redaktor.az news.am-a istinadla xəbər verir ki, hazırda müqavilə əsasında xidmət edən 1991-ci il təvəllüdlü Merujan Arturoviç Arutyunyanın ölümü ilə bağlı təsdiqlənmiş məlumatlar var.

Yaralıların sayı da dəqiqləşdirilir. Daha 12 hərbçi əsir götürülüb.

Xatırladaq ki, bir qədər əvvəl “Mülki müqavilə” fraksiyasının deputatı Eduard Ağacanyan bildirmişdi ki, ilkin məlumatlara görə, Ermənistan tərəfdən ölənlərin sayı 15 nəfərdir.

T.İSMAYIL