Ermənistan Müdafiə Nazirliyi itkilərini AÇIQLADI

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş vermiş döyüşlər zamanı öz itkiləri ilə bağlı məlumat yayıb.
Redaktor.az xəbər verir ki, noyabrın 17-də səhər saatlarına olan məlumata görə, 1 əsgərin ölməsi, daha 13 əsgərin əsir götürülməsi barədə dəqiq məlumat var, 24 əsgərin taleyi məlum deyil.
Hərbçilərin tapılması istiqamətində intensiv iş aparılır. Həmçinin iki döyüş postunun Azərbaycanın nəzarətində olduğu qeyd edilir. Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin həlli və əsir düşən əsgərlərin geri qaytarılması istiqamətində danışıqlar aparılır.
Qeyd olunub ki, Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 18:30-da qarşıdurma dayandırılıb.
T.İSMAYIL