Rüstəm Muradov Bakıdan bir erməni hərbçinin meyitini APARDI

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.
Redaktor.az erməni KİV-nə istinadən xəbər verir ki, generalın təyyarəsi İrəvanda hava limanına enib.
Məlumata görə, Muradov Azərbaycanın təhvil verdiyi bir erməni əsgərinin meyitini Ermənistana çatdırıb.