Ermənistan Müdafiə Nazirliyi son döyüşlərdəki itkilərini AÇIQLADI

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçinin öldüyünü etiraf edib.
Redaktor.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, nazirlik məsələ ilə bağlı məlumat yayıb.
Sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır:
Baş leytenant Taron Saakyan
Müqavilə əsasında orduda xidmət edənlər:
Merjun Arutyunyan
Qurgen Sarkisyan
Artur Martirosyan
David Amiryan.
Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi həmin hadisə nəticəsində 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürldüyünü bildirmişdi.