Ermənistanın sərhəddəki döyüşlərdə itkilərinin real sayı BİLİNDİ

 12:03 20.11.2021     1133

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı erməni tərəfinin itkilərinin əsl sayı üzə çıxıb.

“Caliber” “Telegram” kanalı bu barədə Azərbaycan və Rusiyadakı hərbi dairələrdə olan mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan 21 hərbçisini itirib. Saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan silahlı qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır.