Helikopter qəzasında həlak olan kapitanın son paylaşımı - FOTO

 17:32 30.11.2021     658

Bu gün Xızıda təlim zamanı qəzaya uğrayan helikopterdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbçilərindən biri - tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun son vatsap statusu paylaşımı üzə çıxıb.

Redaktor.az xəbər verir ki, paylaşımı mərhumun dostu Elşad Qaraca feysbuk hesabında yayıb. 

Statusun saatından (10:27) aydın olur ki, paylaşım qəzadan 13 dəqiqə əvvəl edilib.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. 

 

Vumart və Güvən reklamı Vumart Güvən