Azərbaycan Türkiyədən PUA-lı hücum gəmisi ala bilər

 22:33 05.12.2021     329

Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Hürkuş” təlim təyyarəsi ilə maraqlanır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirə istinadən məlumat yayıb.

O, bildirib ki, hazırda rəhbərlik etdiyi qurum “TCG Anadolu” amfibiya hücum gəmisinin qarşıdan gələn il ərzində istifadəyə verilməsinə çalışır.

“Gəmiyə silahlı və silahsız PUA-ların yerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı məsələləri müzakirə edəcəyik”, - deyə İsmayıl Dəmir bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən