Yeni müasir silahların yaradılması üzərində iş gedir - Nazir müavini
“Ötən il 156 adda silah və hərbi texnikanın yaradılması həyata keçirilib”.
Redaktor.az xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il 1000-dən artıq adda müdafiə təyinatlı məhsullar mənimsənilib, müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin anbarlarına təchiz edilib: “Gələn il üçün nazirliyin müəssisələrində istehsal olunacaq müdafiə təyinatlı məhsullarla bağlı sifarişlər almışıq. Bu sifarişlərlə bağlı məlumatı yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim edəcəyik”.
Nazir müavini onu da bildirib ki, Hazırda 66 adda müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir.
M.Baxışov onu da əlavə edib ki, yeni məhsulların gələn ilin birinci yarısıdan etibarən seriyalı istehsala başlanılması planlaşdırılır.












