Hindistan Pəncaba "S-400" yerləşdirdi

 14:45 21.12.2021     598

Rusiya və Hindistan arasında hava hücumundan müdafiə sahəsində əməkdaşlıq çərçivəsində "S-400" sistemlərinin ilk batareyaları quraşdırılıb.

Redaktor.az "Sputnik"ə istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada "S-400" batareyalarının Hindistanın Pəncab əyalətinə yerləşdirildiyi bildirilib, eyni zamanda qeyd edilib ki, Rusiya istehsalı olan raketlərin isə ölkənin hava hücumundan müdafiə qabiliyyətini artıracaq.

Bundan əlavə, məlumat verilir ki, Pəncabda yerləşdirilən "S-400" hava hücumundan müdafiə sistemi 400-250 kilometr mənzilə malik döyüş təyyarələrini, ballistik raketləri, nəzarət və müşahidə təyyarələrini, orta mənzildə 120 kilometr, qısa mənzildə isə, 40 kilometr olmaqla (4 fərqli raketlə) vura bilir.

Qeyd edək ki, xəbərdə adı açıqlanmayan bir məmur bildirib ki, yerləşdirilən ilk sistemlər həm Çin, həm də Pakistandan gələn hava təhdidləri ilə mübarizə aparmağa qadirdir.

Sübhan Şərif

Vumart və Güvən reklamı Vumart Güvən