Hərbçilərimiz Türkiyədə komando kursu keçdi - FOTO

 20:08 31.12.2021     3354

Türkiyədə Azərbaycan hərbçilərinin növbəti qrupu komando kursunu bitirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

İspartanın Eğirdir qəsəbəsindəki Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında komando kursunu bitirən 360 Azərbaycan hərbçisinin buraxılış mərasimi keçirilib.