ABŞ Avstraliyaya 3.5 milyardlıq hərbi texnika satır

 23:54 10.01.2022     638

Avstraliya hərbi arsenalımı təkmilləşdirmək üçün ABŞ-dan 120-dən çox tank və digər zirehli texnika almaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyanın "The Sydney Morning Herald" nəşri yazıb.

Müqavilənin dəyəri 3.5 milyard dollardır.

Avstraliya 75 yeni M1A2 tankı, 29 partlayıcı təmizləmə maşını, 17 körpü maşını və altı əlavə zirehli bərpa maşını alacaq.