Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə DƏYİŞDİ

 11:00 11.01.2022     1461

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı yenə dəyişib.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki Qarabağdakı sülhməramlı qüvvələrə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

A. Volkov hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Rusiyanın sülhməramlı qüvvələri Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilib. Bu, son bir il 2 ay ərzində 4-cü komandan dəyişikliyidir. Belə ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Daha sonra bu vəzifəyə Gennadi Anaşkin təyin olunub.