Kəlbəcərdə şəhid olan hərbçimiz dəfn edildi - FOTO

 14:18 12.01.2022     809

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

Redaktor.az xəbər verir ki, şəhid doğulub, boya-başa çatdığı rayonun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib (report). 

Allah rəhmət etsin!

222
Vumart və Güvən reklamı Vumart Güvən