Xocavənd istiqamətində hərbçimiz həlak oldu - YENİLƏNİB - FOTO

 23:40 16.01.2022     3765

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib:

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Bu gün Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

“Caliber” “Telegram” kanalının məlumatına görə, onun ölüm səbəbi naməlumdur.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib (oxu.az).