Kərim Vəliyev Bolqarıstan hərbçilərini qəbul etdi

 16:18 18.01.2022     2319

Yanvarın 18-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Q.Angelov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə hərbi qulluqçuların, o cümlədən mülki işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də hərbi təhsil sahəsində maraq doğuran digər məsələlər müzakirə edilib.

2