ABŞ ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi - Avropaya göndəriləcək

 04:25 25.01.2022     711

ABŞ hərbi qüvvələrinin döyüş hazırlığını artırır.

Redaktor.az RİA-Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvafiq istiqamətdə görülən tədbirlər həm ölkədaxili, həm də ölkə xaricində yerləşən ABŞ qoşunlarına şamil edilir.

Pentaqondan bildirlib ki, döyüş hazırlığının artırılmasına Ukrayna ətrafındakı gərginlik səbəb olub.

Nazirlikdən bildirilib ki, hazırda ABŞ ərazisində olan 8.5 min nəfərlik hərbi qoşun birləşməsi yüksək döyüş hazırlığına gətirilib. Onların NATO qüvvələrinin gücləndirilməsi məqsədilə Avropaya göndəriləcəyi gözlənilir. Lakin bu barədə yekun qərar qəbul edilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən