Kəlbəcərdə itkin düşən zabitimizin FOTOsu

 20:47 29.01.2022     734

Xəbər verdiyimiz kimi, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun ərazidə istiqaməti itirərək azan 4 hərbi qulluqçudan biri baş leytenant Bağırov Fuad Allagverdi oğlunun axtarışları davam etdirilir.

Redaktor.az xəbər verir ki, sosial şəbəkədə itkin düşən zabitimizin fotosu yayılıb.

Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAXE, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

22
Vumart və Güvən reklamı Vumart Güvən