NATO təlimlərə başladı - Ukrayna müşahidə edəcək

 09:08 31.01.2022     891

Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” mina əleyhinə komanda-qərargah təlimləri başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb.

Məlumatda göstərilir ki, “Dynamic Move-2022” mina əleyhinə 2 həftəlik komanda-qərargah təlimidir. Təlimlər üzv ölkələrin ordularının peşəkarlığının artırılmasına imkan verir.

31 yanvar 8 fevral tarixlərində keçiriləcək təlimlərə 2 ölkə - Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən