Müdafiə Nazirliyindən Kəlbəcərdə itkin düşən hərbçimizlə bağlı AÇIQLAMA - VİDEO

 12:21 31.01.2022     1356

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur", - deyə nazirlikdən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən