Polşa Ukraynaya pulsuz hərbi yardım TƏKLİF ETDİ

 12:25 31.01.2022     2044

Polşa hakimiyyəti Ukraynaya qarşılıqsız hərbi-texniki yardımla bağlı təklif təqdim edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Ukraynanın Müdafiə Nazirliyindən “Reç Pospolit”ə bildirilib ki, Kiyev Polşanın Müdafiə Nazirliyindən pulsuz hərbi-texniki yardımla bağlı təkliflər alıb”, - qəzet qeyd edib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov qəzetə müsahibəsində Polşnıan ölkəsinə etdiyi güclü siyasi dəstəyi də vurğulayıb: “Ukrayna ilə Polşa arasında humanitar yardıma dair uzun tarixi əlaqə var. Ancaq indiyədək Polşadan heç bir hərbi yardım almamışıq”

Vumart və Güvən reklamı Vumart Güvən