Müdafiə naziri Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

 18:51 01.02.2022     533

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, ulu öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

222
Vumart və Güvən reklamı Vumart Güvən