Müdafiə Nazirliyi itkin düşən kursantı AXTARIR
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hüseynli Vüsal Elşən oğlunun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.
Kursantın qohumu Adil Babaşov "apa"ya bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.
Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.
Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.












