Helikopterlərlə uçuş məşqləri keçirildi - VİDEO

 10:10 20.02.2022     778

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər.
Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Vumart və Güvən reklamı Vumart Güvən