Zakir Həsənov generalın qardaşını idarə rəisi  TƏYİN ETDİ

 13:44 21.02.2022     7573

Müdafiə Nazirliyində yeni təyinat olub.

Redaktor.az xəbər verir ki,, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Elnur Kazımov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Kazımov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Rasim Kazımovun qardaşıdır. 

Xatırladaq ki, sözügedən idarənin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov bir müddət öncə vəzifəsindən azad edilib (unikal.org).

Vumart və Güvən reklamı Vumart Güvən