SON DƏQİQƏ: Azərbaycan Ordusu güc tətbiq etmədən mövqelərini dəqiqləşdirir - RƏSMİ

 11:32 25.03.2022     3956

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Bunu Redaktor.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

"Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir",- məlumatda qeyd edilir.

Vumart və Güvən reklamı Vumart Güvən