Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edəcək - FOTO

 11:59 04.04.2022     774

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə keçiriləcək “Efes-2022” təlimlərində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda xidmət edən qrupun komandanlığı Azərbaycan hərbçiləri üçün kurslar keçib. Kurs zamanı gəmiyə çıxma, yaşayış məntəqəsində döyüş, kəndirlə tullanma və sahilə hücum tapşırıqları icra olunub.

222