"Efes-2022"də iştirak edəcək heyətin hazırlığı yoxlanıldı - FOTO

 15:38 07.04.2022     286

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov "Efes-2022" çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "Efes-2022" çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılır.

222