Rusiya MN-dən Qarabağdakı sülhməramlılarla bağlı açıqlama

 22:40 07.04.2022     493

Rusiyanın Yuxarı Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir atəşkəs  pozuntusu qeydə alınmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb.

Rusiya sülhməramlıları Əsgəran, Ağdərə, Xocavənd və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirib.

Qeyd olunur ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.

"Sülhməramlı kontingentin mühəndis-istehkam dəstələri ərazinin yoxlanılması, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,8 hektar ərazi təmizlənib", - məlumatda deyilir.

Vurğulanır ki, 2020-ci il noyabrın 23-dən indiyədək ümumilikdə 2362,3 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 min 258 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.