DSX vəfat edən kursantla bağlı məlumat yaydı

 17:46 13.04.2022     910

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.

Bu barədə Redaktor.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!